Rusiya və Türkiyə qaz tədarükü ilə bağlı yeni müqavilə imzalayıb

Rusiya və Türkiyə qaz tədarükü ilə bağlı yeni müqavilə imzalayıb

Rusiyanın "Qazprom eksport" və Türkiyənin BOTAŞ neft-qaz şirkəti "Türk axını" qaz kəməri ilə ildə 5,75 milyard kubmetr qazın tədarükü ilə bağlı yeni dördillik müqavilə imzalayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə "Qazprom eksport"un açıqlamasında deyilir.

Qeyd olunur ki, "Qazprom eksport" və BOTAŞ dekabrın 30-da qaz tədarükü və qaz-nəqliyyat infrastrukturunun istifadəsi sahəsində əməkdaşlıqla əlaqədar sazişlər paketi imzalayıb.

"2022-ci il yanvarın 1-dən başlayaraq BOTAŞ üçün təbii qazın nəqli il bağlı yeni müqavilə imzalanıb. Müqavilə 4 il müddətində Türkiyəyə "Türk axını" qaz kəməri ilə ildə 5,75 milyard kubmetr qazın nəqlini nəzərdə tutur", - məlumatda bildirilir.