Bakı. TurkicWorld :
Bolqarıstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıqda enerji sektoru xüsusi yer tutur.
TurkicWorld xəbər verir ki, bu barədə bu gün Bolqarıstan energetika naziri Vladimir Malinov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında deyib.
"Azərbaycan enerji sektorunda Bolqarıstanın strateji tərəfdaşıdır. İki ölkənin energetika nazirlikləri arasında müntəzəm və konstruktiv dialoqu qeyd etmək istərdim. Bolqarıstan hökumətinin tədarük mənbələrinin və həcminin şaxələndirilməsi üzrə səylərini dəstəklədiyinə görə Azərbaycana səmimi minnətdarlığımızı bildiririk", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Bolqarıstan Cənub Qaz Dəhlizinin potensialının artırılması üzərində işləməyə hazırdır.
Nazir həmçinin qeyd edib ki, 2023-cü ildə Sofiyada SOCAR-ın ofisinin açılmasının iki ölkə arasında enerji tərəfdaşlığının inkişafında mühüm rol oynayıb.
"Bolqarıstan regionda çoxlu sayda qaz interkonnektorlarına malikdir və mühüm qaz həcmlərini qəbul etməyə və tranzitini həyata keçirməyə hazırdır", - deyə o əlavə edib.
Bundan başqa, o, SOCAR-ın dəstəyi ilə Bolqarıstanın qazlaşdırılmağa başladığını bildirib və iyun ayında Bolqarıstanın sənaye obyektlərinə qaz tədarükünün başlamasına görə şirkətə təşəkkür edib.
Xatırladaq ki, Bolqarıstan 2021-ci ildən uzunmüddətli əsasda Azərbaycanın "Şahdəniz" yatağından qaz əldə edir. 2023-cü ildən SOCAR da fürsət yarandıqda artıq qazını Bolqarıstana tədarük edir.