Bakı.TurkicWorld :
Yanvar - may aylarında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 11 231,4 mln. kVt·st, ixracı 426,8 mln. kVt·st, idxalı 80,9 mln. kVt·st olub.
TurkicWorld xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu ilin 5 ayı ərzində İES-lər üzrə 9 685,6 mln. kVt·st, su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 714,4 mln. kVt·st artımla 1545,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında "yaşıl" enerjinin payı 14%-ə yüksəlib.