Son dəqiqə

Azəri-Çiraq-Günəşli BP Bəxtiyar Aslanbəyli

SWAP layihəsi çərçivəsində ilk kəşfiyyat quyusunun qazılması cədvələ uyğun davam edir - Bəxtiyar Aslanbəyli

Abşeron yarımadasının dayazsulu hissəsində (SWAP) ilk kəşfiyyat quyusunun qazılması cədvələ uyğun davam edir. Bunu TurkicWorld-a "bp" şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O bildirib ki, ümumilikdə SWAP çərçivəsində üç kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Vitse-prezident eyni zamanda bildirib ki, D230 blokunda seysmik kəşfiyyat üzrə işlər sona yaxınlaşır: "Məlumatların interpretasiyası davam edir. Bu işlərin başa çatmasından sonra biz ilk kəşfiyyat quyusunun qazılmasının yeri və müddəti barədə qərar qəbul edəcəyik". "Azəri-Çıraq-Günəşli" blokunda "Azeri Central East" (ACE) platforması barədə danışan B.Aslanbəyli qeyd edib ki, platformada işlər fasiləsiz aparılır: "Biz platformada tikinti işlərinin 50 faizini başa çatdırmışıq. Tikintinin 2022-ci ildə bitirilməsi planlaşdırılır. İlk hasilat 2023-cü ildə nəzərdə tutulur".

Mövzuya görə xəbərlər