Son dəqiqə

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB)

IGB üzrə tamamlama işlərinin böyük hissəsi yerinə yetirilib

Bakı. TurkicWorld:

Hazırda Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) çərçivəsində tamamlama işlərinin böyük hissəsi uğurla başa çatıb.

Bu barədə TurkicWorld -ə boru kəmərinin operatoru olan ICGB şirkətindən məlumat verilib.

"Böyük enişləri olan dağ rayonlarında hələ də anti-eroziya tədbirləri davam etdirilir və növbəti bir neçə ay ərzində başa çatacağı gözlənilir", - deyə şirkətdən bildiriblər.

Tədarüklərin həcminə gəlincə, şirkətdən qeyd edilib ki, 2023-cü ilin sentyabr ayında IGB ilə 106 milyon kubmetr təbii qaz nəql olunub.

"Bütünlükdə sentyabr ayı ərzində IGB qaz kəməri ilə nəql olunan qazın həcmi 1,24 milyon meqavatt-saat və ya təqribən 106 milyon kubmetr olub", - deyə ICGB-dən bildiriblər.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

İnterkonnektorla Bolqarıstana qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetrdir. IGB-nin ümumi gücü ildə 5 milyard kubmetrədək genişləndirilmə imkanı ilə 3 milyard kubmetrdir.

İnterkonnektorun buraxılış gücünün artırılaraq 5 milyard kubmetri keçməsi əlavə qaz kəməri inşa etmək hesabına mümkündür.

Planlaşdırma mərhələsində boru kəmərinin texniki gücü təqribən ildə 5 milyard kubmetr olaraq hesablanıb və bu hədəfə nail olmaq yaxın gələcək üçün nəzərdə tutulur. Bazar tələbatı zamanla bu hədləri keçən imkanların zəruri olduğundan xəbər verərsə, ikinci boru kəmərinin inşası imkanı nəzərdən keçirilə bilər. Lakin bu məsələ bazarın inkişafından asılı olaraq yaxın illərdə daha aktual olacaq.

Mövzuya görə xəbərlər