Azərbaycan təbii qaz ixracını 9% artırıb - Pərviz Şahbazov

Azərbaycan təbii qaz ixracını 9% artırıb - Pərviz Şahbazov

Bakı. TurkicWorld:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9% artıb.

TurkicWorld xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bunun da 8,6 milyard kubmetri Avropaya, 7,5 milyard kubmetri Türkiyəyə, 1,7 milyard kubmetri isə Gürcüstana ixrac olunub.

Bundan başqa, onun sözlərinə görə, 9 ay ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Türkiyəni 4,3 milyard kubmetr qazla təchiz edib.

Xəbər yenilənəcək