Son dəqiqə

Özəl Türkiyədə tender

Kayseri böyükşəhər bələdiyyəsi metal məmulatların alınması üzrə tender elan edib

Bakı. TurkicWorld:

Kayseri böyükşəhər bələdiyyəsi metal məmulatların alınması üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Metal məmulatlarının alınmasının başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 45 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 23 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 14:30-a qədər “Kayseri Büyükşehir Belediyesi Destek Hizmetleri Dairesi Başkanlığı 2.Kat 222 Nolu Oda” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 352 207 16 52 - 352 222 89 54

Mövzuya görə xəbərlər