Son dəqiqə

Özəl Türkiyədə tender

Adana böyükşəhər bələdiyyəsi mədəniyyət evinin tikintisi üzrə tender elan edib

Bakı. TurkicWorld:

Adana böyükşəhər bələdiyyəsi mədəniyyət evinin tikintisi üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Mədəniyyət evinin tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 180 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 26 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “Adana Büyükşehir Belediyesi Satın Alma Daire Başkanlığı İhale Salonu (Belediye Evleri Mahallesi 84298 Sokak 01360 Çukurova / Adana)” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 322 355 47 30 - 322 248 28 06

Mövzuya görə xəbərlər