Türkiyədə Ukrayna kapitallı şirkətlərin sayı 20-i keçib (ÖZƏL)

Türkiyədə Ukrayna kapitallı şirkətlərin sayı 20-i keçib (ÖZƏL)

Ankara . TurkicWorld:

2023-ci ilin fevral ayında Türkiyədə Ukrayna kapitalı ilə 26 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Ukrayna şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Ukrayna şirkətlərinin məcmu kapitalı 13,2 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 3,1 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin fevral ayında Ukrayna şirkətlərinin əksəriyyəti İstanbulda (11) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Ukrayna şirkətlərinin ümumi kapitalı 2,7 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Ukrayna kapitalı ilə 12 topdan və pərakəndə ticarət, 6 istehsal şirkəti qeydə alınıb.

Türkiyədə qeydiyyata alınan Ukraynanın topdan və pərakəndə ticarət şirkətlərinin məcmu kapitalı 5 milyon türk lirəsi təşkil edib.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.