Yanvar-fevral aylarında İstanbul limanı 150 min tona yaxın yük qəbul edib (ÖZƏL)

Yanvar-fevral aylarında İstanbul limanı 150 min tona yaxın yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin İstanbul limanı 141 min 174 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İstanbul limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 min 282 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 138 min 892 ton yük daşınıb.

“2023-cü ilin yanvar-fevral aylarında Türkiyənin İstanbul limanından 6 min 863 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyə limanları 27 milyon 551 min 878 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 245 min 391 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 25 milyon 306 min 487 ton olub.

2023-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 642 min 936 ton transit yük daşınıb.

Bununla yanaşı, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 59 milyon 643 min 642 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 4 milyon 151 min 820 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 55 milyon 491 min 822 ton təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 12 milyon 145 min 781 ton transit yük daşınıb.