Avropa İttifaqı ilə Qazaxıstan arasında xarici ticarət dövriyyəsi artıb

Avropa İttifaqı ilə Qazaxıstan arasında xarici ticarət dövriyyəsi artıb

Bakı, TurkicWorld:

2022-ci ildə Qazaxıstanla Avropa İttifaqı (Aİ) arasında xarici ticarət dövriyyəsi 2021-ci ilə nəzərən 27.6 faiz artaraq 40 milyard dollar təşkil edib.

TurkicWorld-un məlumatına görə, AzerPress bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Aİ ümumilikdə 160 milyard dollardan çox birbaşa xarici investisiya ilə Qazaxıstanın ən böyük ticarət və investisiya tərəfdaşıdır.

2022-ci ildə Qazaxıstanın ümumi xarici ticarətinin 10 faizini Aİ təşkil edib ki, bu da 8 milyard dollardan çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Qazaxıstanla Avropa İttifaqı arasında xarici ticarət dövriyyəsi 20.48 milyard dollar təşkil edib.