Bu il Türkiyədə təhsil sahəsində 1000-ə yaxın layihə həyata keçiriləcək (ÖZƏL)

Bu il Türkiyədə təhsil sahəsində 1000-ə yaxın layihə həyata keçiriləcək (ÖZƏL)

Bakı. TurkicWorld:

2023-cü ildə Türkiyədə təhsil sahəsində 978 layihə həyata keçiriləcək.

Bu barədə TurkicWorld-a Türkiyənin Təhsil nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan layihələrin ümumi dəyəri 61,1 milyard lirədir.

“Bu il həyata keçirilməsi nəzərdə tutulan layihələrin bir qismi xarici kredit vəsaiti ilə reallaşdırılacaq. Xarici kreditin ümumi məbləği 4,7 milyard lirədir”, – deyə nazirlikdən bildirilib.

Məlumatda qeyd olunub ki, keçən il Türkiyədə təhsil sahəsində olan layihələrə ümimilikdə 33,2 milyard lirə dəyərində vəsait ayırılıb ki, bunlardan 2 milayrd lirə xarici kreditdir.