Türkiyədə zəlzələdən sonra 30 minə yaxın şagird təhsilinə yenidən davam edir

Türkiyədə zəlzələdən sonra 30 minə yaxın şagird təhsilinə yenidən davam edir

Bakı, TurkicWorld:

Türkiyədə baş verən zəlzələdən sonra fərqli vilayətlərə köçürülən şagirdlərdən 27 min 462-i təhsilinə yenidən davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Mahmut Özer rəsmi sosial media hesabında bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 399-a çatıb.