Son dəqiqə

Türkiyə Türkiyənin Milli Təhsil Nazirliyi Mahmut Özer zəlzələ

Türkiyədə zəlzələdən sonra məktəblərin açılacağı tarix bəlli olub

Bakı, TurkicWorld:

Türkiyənin Hatay və Adıyaman vilayətlərində baş verən zəlzələdən sonra məktəblər aprelin 24-də yenidən açılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Mahmut Özer bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Türkiyədə zəlzələdə ölənlərin sayı 50 min 500 nəfərdir.

Mövzuya görə xəbərlər