Türkiyənin zəlzələdən zərər çəkmiş Hatay vilayətində tədrisə yenidən başlanılıb

Türkiyənin zəlzələdən zərər çəkmiş Hatay vilayətində tədrisə yenidən başlanılıb

Bakı, TurkicWorld :

Türkiyənin Hatay vilayətində zəlzələdən sonra tədrisə yenidən başlanılıb.

TurkicWorld -un AzerPress-ə istinadən verdiyi məlumata görə, Hatay vilayətinin Yayladağı, Altınözü, Erzin, Reyhanlı, Payas, Dörtyol ve Arsuz rayonlarındakı 296 məktəbdə tədrisə başlanılıb.

Məlumata əsasən, Kahramanmaraş, Adıyaman, və Malatya vilayətlərində də bu gündən etibarən mərhələli şəkildə tədrisə başlanılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində həlak olanların sayı 50 min nəfəri keçib.