Әziz Sancar xərçənglə bağlı araşdırmasını Türkiyәdә aparacaq

Әziz Sancar xərçənglə bağlı araşdırmasını Türkiyәdә aparacaq

Nobel mükafatı laureatı türkiyəli alim professor Əziz Sancar xərçənglə bağlı araşdırmasını Türkiyədә aparacağını bildirib.
TurkicWorld-un məlumatına görə, bu barədə TRT Türk telekanlı məlumat verir.
Məlumata əsasən, Türkiyənin Milli Təhsil Nazirliyinin (MTN) dəvəti ilə Türkiyәnin paytaxtı Ankaraya sәfәr edәn Əziz Sancar təhsil kampusunun açılış mərasimində iştirak edib.
Burada çıxış edәn Әziz Sancar deyib: ‘‘Türkiyәyә gәlmәzdәn bir gün әvvәl yeni bir şey kәşf etdik. Bu, elmi, fundamental araşdırma üsulu xərçəngi müalicə etməyəcək, lakin alimlәr üçün çox maraqlı kәşfdir’’.
Araşdırmanın xərçəngin müalicəsindә müsbәt effekt göstәrib-göstәrmәyәcәyi ilә bağlı sualı cavablandıran Әziz Sancar deyib: ‘‘Hәr şey xәrçәngin müalicәsindә istifadә edilә bilәr. Bu araşdırma DNT-nin ‘‘tәmiri’’ ilә bağlıdır vә yeni üsuldur’’.
Sancar bu araşdırma ilә bağlı məqalənin hələ dərc olunmadığını vә bu sәbәbdәn araşdırma ilә bağlı әtraflı mәlumat verә bilmәdiyini qeyd edib.