Son dəqiqə

Türkiyə BP

bp maliyyə yardımı ilə yanaşı Türkiyəyə hər bir lazımi dəstəyi verməyə hazırdır - Qeri Cons

Bakı. TurkicWorld:

bp-nin əməkdaşlarının heç biri Türkiyədəki zəlzələ nəticəsində zərər çəkməyib.

TurkicWorld-un məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qeri Cons bp-nin gələcək planlarına həsr edilmiş brifinqdə deyib.

"bp Türkiyəni dəstəkləyib və dəstəkləməyə davam edir. "bp foundation" Türkiyəyə maliyyə yardımı qismində 5 milyon dollar ayırıb. Biz hazırda şirkət əməkdaşlarından ianələrin toplanması üçün yeni kanalların yaradılması üzərində çalışırıq, bp təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün də bir o qədər vəsait ianə edəcək. Maliyyə yardımı ilə yanaşı biz Türkiyəyə lazımi hər bir dəstəyi verməyə hazırıq", - o deyib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Mövzuya görə xəbərlər