bp dünyada ilk dəfə olaraq Azərbaycanda yeni qazma əməliyyatı keçirib

bp dünyada ilk dəfə olaraq Azərbaycanda yeni qazma əməliyyatı keçirib

Bakı. TurkicWorld:

2022-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 470 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 624 milyon dollar əsaslı məsrəflər xərclənib.

bp-dən TurkicWorld-ə verilən məlumata görə, il ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləmişdir – modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti hər ikisi artıq istismar sınaqlarına təhvil verilib, qazma qurğusunun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqları başlanıb.

Bundan əvvəl 2350 tonluq modullu qazmaya dəstək modulu və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti təhlükəsiz şəkildə lazım olan hündürlüyə - təxminən 27 metr yüksəkliyə - qaldırılaraq uğurla göyərtənin üzərinə sürüşdürülmüşdü. Bu, çox dəqiqliklə hesablanmış mürəkkəb bir "qaldırma və sürüşdürmə" əməliyyatı idi və bütün dünya üzrə bp-də ilk dəfə idi ki, icra olunurdu.