Son dəqiqə

Azərbaycan

Almaniyadan Azərbaycana pul köçürmələri 29%-dən çox artıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-iyun aylarında Almaniyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 13,522 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld-un Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında hesablamasına görə, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 3,1 milyon ABŞ dolları və ya 29,3 faiz çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Almaniyanın payı 1,8 faiz təşkil edib. Bununla da sözügedən ölkə xaricdən Azərbaycana ümumi pul köçürən ölkələrin siyahısında 9-cu pillədə qərarlaşıb.

Hesabat dövründə əks istiqamətdə, yəni Azərbaycandan Almaniyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 11,150 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,455 milyon ABŞ dolları və ya 15 faiz azdır.

Dövr ərzində Azərbaycandan xarici ümumi pul köçürmələrində Almaniyanın payı 5,4 faiz olub. Bu göstərici ilə Almaniya Azərbaycandan fiziki şəxslərin pul köçürülən ölkələr siyahısında 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, 2026-cı ilin ilk yarımilində Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 207,878 milyon ABŞ dolları təşkil edib. Bu isə 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 30,3 milyon ABŞ dolları və ya 12,7 faiz azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 748,464 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 214,5 milyon ABŞ dolları və ya 40,2 faiz çoxdur.

Mövzuya görə xəbərlər