Bakı. TurkicWorld:
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana 17,603 milyon dollar dəyərində məhsul ixrac edilib.
Bu barədə TurkicWorld Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.
Dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib.
9 yanvar 2026-cı ildə Ermənistana ümumilikdə 2 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb. Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib. Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı, martın 5-də 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11 vaqonda taxıl göndərilib.
Martın 24-də ümumi çəkisi 271 ton olan 4 vaqon gübrə və 68 ton ağırlığında bir vaqon qarabaşaq yarması göndərilib.Martın 25-i 5 vaqondan ibarət, çəkisi 350 ton olan buğda göndərilib.
Aprelin 1-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 349 ton Rusiya buğdası göndərilib.
Aprelin 21-i Azərbaycandan Ermənistana 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar göndərilib.
Aprelin 24-də isə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 5 vaqondan ibarət taxılın ümumi çəkisi 350 ton olan taxıl göndərilib.
Aprelin 30-u Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, ümumi çəkisi 279 ton olan taxıl və 3 vaqondan ibarət, çəkisi 203 ton təşkil edən gübrə göndərilib.
Mayın 3-ü Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqondan ibarət, ümumi çəkisi 536 ton olan gübrə göndərilib.
Mayın 4-ü Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə göndərilib.
Mayın 6-da Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 275 ton olan taxıl yola salınıb.
Mayın 7-də Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit olaraq 2 vaqon alüminium və 9 vaqon taxıl göndərilib. Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı, mayın 10-da isə ümumi həcmi 986 ton olan 16 vaqon dizel yanacağı yola salınıb.
Mayın 15-də Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit olaraq 14 vaqonda 977 ton buğda, mayın 28-də 126 ton karbamid (2 vaqon) və 67 ton un (1 vaqon), mayın 29-da ümumi çəkisi 280 ton olan 4 vaqon buğda və ümumi çəkisi 277 ton olan 4 vaqon gübrə göndərilib. İyunun 1-də iki vaqon gübrə, iyunun 4-də isə 210 ton buğda olan 3 vaqon, 140 ton arpa olan 2 vaqon və 69 ton gübrə olan bir vaqon yola salınıb.
İyunun 4-də Azərbaycandan Ermənistana 42 vaqon dizel yanacağı, iyunun 11-də isə 17 vaqon dizel yanacağı göndərilib.İyunun 20-də Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit olaraq 490 ton buğda olan 7 vaqon, iyunun 23-də isə Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit olaraq 700 ton buğda olan 10 vaqon göndərilib.İyunun 26-da Azərbaycandan Ermənistana 18 vaqonda 971 ton Aİ-92 markalı avtomobil benzini və 8 vaqonda 467 ton dizel yanacağı göndərilib.
İyunun 28-də Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit olaraq növbəti partiya - 11 vaqonda 770 ton buğda göndərilib. İyulun 3-də 976 ton buğda olan 14 vaqon, avqustun 6-da 14 vaqonda 979 ton buğda, avqustun 8-də 15 vaqonda 1 049 ton buğda və 10 vaqonda 700 ton daş kömür, avqustun 13-də 1 400 ton buğda olan 20 vaqon, avqustun 14-də ümumi çəkisi 420 ton olan 6 vaqon buğda, avqustun 15-də 560 ton buğda olan 8 vaqon, avqustun 20-də ümumi çəkisi 2 725 ton olan 39 vaqon buğda, avqustun 21-də 1 108 ton yük olan 11 vaqon və 273 ton arpa olan 4 vaqon, avqustun 24-də ümumi çəkisi 242 ton olan 7 vaqon propan, avqustun 25-də isə ümumi çəkisi 976 ton olan 14 vaqon buğda və 65 ton taxta olan bir vaqon göndərilib.
Sentyabrın 3-də Azərbaycandan Ermənistana 17 vaqon-sisternlə ümumi çəkisi 989 ton olan dizel yanacağı göndərilib. Sentyabrın 5-də Azərbaycandan Ermənistana təxminən 16 min ton dizel yanacağı, həmçinin Aİ-92 və Aİ-95 markalı təxminən 5 min ton benzin göndərilib. Həmin gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit olaraq ümumi çəkisi 355 ton olan 5 vaqon buğda, 180 ton gübrə olan 3 vaqon və 138 ton taxta olan 2 vaqon göndərilib.







