Son dəqiqə

Azərbaycan Mərkəzi Bankı Rəşad Məmmədov Azərbaycan iqtisadiyyatı Pul siyasəti manatla pul kütləsi manat bank depozitləri rəqəmsal ödənişlər milli pul nişanları geniş pul kütləsi

Azərbaycanda geniş pul kütləsi 13 faizdən çox artıb

BAKI,TurkicWorld

Azərbaycanda geniş pul kütləsinin həcmi 2026-cı il avqustun 1-nə 53,925 milyard manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 milyard manat və ya 13,1 faiz artıb.

Manatla pul kütləsi – M2 aqreqatı isə 43,842 milyard manata çatıb. Bu, illik müqayisədə 7,2 milyard manat və ya 19,6 faiz artım deməkdir.

Tələbli depozitlərin həcmi 33,632 milyard manat olub və 15,9 faiz artıb. Banklardan kənarda olan nağd pul kütləsi isə 19,171 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövründən 15,1 faiz çoxdur.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Məmmədov bildirib ki, rəqəmsal ödənişlərin sürətlə inkişaf etməsinə baxmayaraq, nağd pul maliyyə sistemində mühüm rolunu qoruyur.

Onun sözlərinə görə, Mərkəzi Bank milli pul nişanlarının yeni nəslinin hazırlanması üzərində də işləyir. 2024-cü ildə yeni konsepsiyanın müəyyənləşdirilməsi üçün ictimai sorğu keçirilib, növbəti mərhələdə isə əskinasların dizaynı və mühafizə sistemlərinin hazırlanması nəzərdə tutulur.

Mövzuya görə xəbərlər