Son dəqiqə

Azərbaycan Türkiyə Ticarət nazirliyi dəri məhsulları

Türkiyə Azərbaycana dəri məhsulları ixracatını 30 faizdən çox azaldıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz artaraq 19,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Azərbaycana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 10,6 faiz artaraq 882.4 min dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 182,4 milyon dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr ayında Türkiyə 2,1 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-oktyabr ayları ilə müqyisədə 18,8 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2021-dekabr 2022) Türkiyə 2,1 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər