Son dəqiqə

Özəl Türkiyə Ticarət nazirliyi dəri məhsulları

Dekabr ayında Türkiyənin dəri məhsulları ixracı artıb

Bakı. TurkicWorld:

2022-ci ilin dekabr ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 182,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin yanvar-dekabr ayında Türkiyə 2,1 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-dekabr ayları ilə müqyisədə 18,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2021-dekabr 2022) Türkiyə 2,1 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər