Yanvar-noyabr aylarında Ambarlı limanı 17 milyondan çox yük qəbul edib (ÖZƏL)

Yanvar-noyabr aylarında Ambarlı limanı 17 milyondan çox yük qəbul edib (ÖZƏL)

Bakı, Dekabr 15. /TurkicWorld/

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 17 milyon 488 min 738 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 843 min 798 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 14 milyon 644 min 940 ton yük daşınıb.

“2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Ambarlı limanından 7 milyon 902 min 432 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.