Türkiyədən Gürcüstana ixrac edilən dəri məhsullarının həcmi artıb

Türkiyədən Gürcüstana ixrac edilən dəri məhsullarının həcmi artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Gürcüstana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 55,8 faiz artıraraq 13,5 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Gürcüstana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 55,4 faiz artıraraq 1,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 168,9 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin yanvar-oktyabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-oktyabr ayları ilə müqyisədə 19,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2021-oktyabr 2022) Türkiyə 2 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.