Son dəqiqə

iqtisadi islahatlar Azərbaycan-BMT əməkdaşlığı Elnur Əliyev görüşü Amina Mohammed ilə dialoq Dayanıqlı İnkişaf Məqsədləri yaşıl enerji təşəbbüsləri şəhərsalma forumu regional iqtisadi əməkdaşlıq nəqliyyat-logistika layihələri dayanıqlı inkişaf perspektivləri

İqtisadiyyat nazirinin birinci müavini BMT Baş katibinin müavini ilə görüşüb

BAKI,TurkicWorld

Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.

TurkicWorld xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri və bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar.

Müzakirələr çərçivəsində iqtisadi inkişaf, yaşıl enerji, dayanıqlı şəhərsalma və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf gündəliyinə töhfə verən layihələri diqqətə çatdırılıb.

Mövzuya görə xəbərlər