Yanvar-oktyabr aylarında Ambarlı limanı 16 milyondan çox yük qəbul edib (ÖZƏL)

Yanvar-oktyabr aylarında Ambarlı limanı 16 milyondan çox yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 16 milyon 45 min 48 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 592 min 932 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 13 milyon 452 min 116 ton yük daşınıb.

“2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin Ambarlı limanından 7 milyon 244 min 339 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.