Son dəqiqə

Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyi WUF13 Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Dayanıqlı İnfrastruktur Qrupu Harri Boyd-Karpenter Şəhərsalma layihələri İnfrastrukturun təkmilləşdirilməsi Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı Su təchizatı Naxçıvan nəqliyyat infrastrukturu

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə AYİB-lə əməkdaşlıq imkanları müzakirə edilib

BAKI,TurkicWorld

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə AYİB-lə əməkdaşlıq imkanları müzakirə edilib

TurkicWorld xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə infrastrukturun təkmilləşdirilməsi, şəhərsalma layihələri və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.

Görüşdə Bankla əməkdaşlığın gündəliyində olan prioritet istiqamətlər nəzərdən keçirilib.

Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər, şəhərlərin su təchizatının və Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərsalma layihələri barədə müzakirələr aparılıb.

Mövzuya görə xəbərlər