Son dəqiqə

AMB

Azərbaycanın pul bazarı üzrə göstəriciləri açıqlanıb

Bakı. TurkicWorld:

Bu ilin aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 49,979 milyard manat təşkil edib.

TurkicWorld-un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumatına görə, bu, aylıq müqayisədə 863,3 milyon manat və ya 1,8%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,2 milyard manat və ya 6,9% çoxdur.

Bundan başqa, 2026-cı ilin aprelin 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 40 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 809,8 milyon manat və ya 2,1%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 4,4 milyard manat və ya 12,5% çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 31,493 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 724,2 milyon manat və ya 2,3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,2 milyard manat və ya 11,2% çoxdur.

Eyni zamanda, bu ilin aprelin 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 18,363 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 503,8 milyon manat və ya 2,8%, ötən ilin eyni dövrünə nisbətən isə 2,3 milyard manat 14,2% çoxdur.

Pul bazarının parametrləri

Həcmi (milyon manat), 1 aprel 2026-cı il tarixinə

Həcmi (milyon manat), 1 aprel 2025-ci il tarixinə

Geniş mənada pul kütləsi (M3 aqreqatı)

49979.4

46730.8

Manatla pul kütləsi (M2 aqreqatı)

40000.5

35559.1

Əməliyyatlar üçün pul kütləsi (M1 aqreqatı)

31493.5

28312.0

banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı)

18362.8

16075.2

Mövzuya görə xəbərlər