Son dəqiqə

AMB

Azərbaycan banklarının xalis xarici və daxili aktivləri artıb

Bakı. TurkicWorld:

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 28,523 milyard manat təşkil edib.

TurkicWorld Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,006 milyard manat və ya 7,6%, ötən ilin aprelin 1-nə nisbətən isə 264,1 milyon manat 0,9% çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 21,456 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,5 milyard manat və ya 5,1% az, ötən ilin aprelin 1-nə nisbətən isə 2,984 milyard manat və ya 16,2% çoxdur.

Beləliklə, bu ilin aprelin 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri xalis daxili aktivlərini 7,067 milyard manat və ya 1,3 dəfə üstələyib.

Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 57,961 milyard manat, cəmi öhdəlikləri 50,292 milyard manat, balans kapitalı 7,668 milyard manat olan 22 bank fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər