BAKI,TurkicWorld, Orxan Qədirzadə
2026-ci ilin yanvar-mart ayında Türkiyədə Türkmənistan kapitalı ilə 49 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28 şirkət çoxdur.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 37 milyon 50 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 17 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-mart ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (38) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 28 milyon 800 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayında Türkiyədə İran kapitalı ilə 6 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.





