Son dəqiqə

Türkiyə Qırğızıstan TOBB Türkiyə Ticarət və Sənaye Palatası

Qırğız investorlar Türkiyəyə axın edir – yatırım məbləği sürətlə artır (ÖZƏL)

BAKI,TurkicWorld, Orxan Qədirzadə

2026-ci ilin yanvar-mart ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 9 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 şirkət çoxdur.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Qurumdan o da qeyd olunub ki, 2026-cı ilin yanvar-mart ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (4) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 1 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 4 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər