Son dəqiqə

Azərbaycan ABŞ Ceyhun Bayramov Karen Donfrid

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini müzakirə edib

Bakı. TurkicWorld:

Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

TurkicWorld-un məlumatına görə, bu barədə C.Bayramov "Twitter" səhifəsində bildirib.

Telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

“Azərbaycanın regionda sülhə və sabitliyə sadiqliyini və buna nail olmağa tam hazır olduğunu bir daha təsdiqlədim”, - nazir yazıb.

Mövzuya görə xəbərlər