Yanvar-avqust aylarında Ambarlı limanı 12 milyondan çox yük qəbul edib (ÖZƏL)

Yanvar-avqust aylarında Ambarlı limanı 12 milyondan çox yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 14 milyon 399 min 763 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 325 min 73 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 12 milyon 74 min 690 ton yük daşınıb.

“2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin Ambarlı limanından 6 milyon 596 min 892 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib.

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.