Son dəqiqə

Dövlət Gömrük Komitəsi

Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yükdaşımaların həcmi 17 dəfədən çox artıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı vasitələri ilə 407,350 milyon ABŞ dolları dəyərində 39,5 min ton yük daşınıb.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,306 milyard ABŞ dolları və ya 4,2 dəfə az, həcm ifadəsində isə 37,3 min ton və ya 17,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan hava nəqliyyatı ilə 116,1 milyon ABŞ dolları dəyərində təqribən 37,5 min ton yük ixrac olunub ki, bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 61,2 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm ifadəsində isə 37,3 min ton və ya 284 dəfə çoxdur.

Bu ilin yanvar-fevral aylarında Azərbaycana hava nəqliyyatı ilə 291,2 milyon ABŞ dolları dəyərində 2,018 min ton yük idxal olunub ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,367 milyard ABŞ dolları və ya 5,7 dəfə, həcm ifadəsində isə 97 ton və ya 4,6% azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda yük nəqliyyatı vasitələri ilə ümumilikdə 6,264 milyard ABŞ dolları dəyərində 9,062 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,640 milyard ABŞ dolları və ya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan ümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102 milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyon ton və ya 12,9% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-fevral aylarında yüklərin daşınma vasitələri üzrə Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dolları dəyərində 1,503 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,539 milyard ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımıdan isə 417,6 min ton və ya 21,7% azdır.

Mövzuya görə xəbərlər