Son dəqiqə

AMB

Portfel investisiyaları üzrə xalis xarici maliyyə aktivləri 1.9 milyard dollar artıb

Bakı. TurkicWorld:

2025-ci ildə portfel investisiyaları üzrə xalis xarici maliyyə aktivləri 1.9 milyard dollar artıb, xalis xarici maliyyə öhdəlikləri isə 28.1 mlilyon dollar azalıb.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (45.1 milyon dollar) sektorunun, bankların (0.7 milyard dollar), kapitalda iştiraka təminat verən qiymətli kağızların (8.7 milyon dollar) və digər (1.1 mlilyard dollar) sektorların hesabına artıb. Öhdəliklər isə əsasən, kapitalda iştiraka təminat verən qiymətli kağızların (0.2 milyon dollar) və digər (16.0 milyon dollar) sektorların hesabına artmış, dövlət (44.3 milyon dollar) sektorunun hesabına isə azalıb", - qeyd edilib.

Mövzuya görə xəbərlər