Son dəqiqə

AMB

Azərbaycan neft və qazının reallaşmış orta qiyməti açıqlanıb

Bakı. TurkicWorld:

2025-ci ildə Azərbaycan neftinin reallaşmış orta qiyməti 68,5 dollar olub. Bu rəqəm 2024-cü ildə 84 dollara bərabər idi.

TurkicWorld xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

"Azərbaycan qazının ixrac olunmuş min kubmetri 289 dollar təşkil edib. Bu isə əvvəlki illə müqayisədə 5,5 faiz artım deməkdir", - o bildirib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər