Bakı. TurkicWorld:
2025-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 3.5 milyard ABŞ dolları təşkil edib.
TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
"Ümumilikdə, hesabat dövründə turizm xidmətləri üzrə balans profisitli olmuş, ixrac 2.0 milyard dollar olmaqla 1.5 milyard dollarlıq idxalı üstələyib, nəticədə turizm xidmətləri üzrə 438.0 milyon dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15.3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15.0% artıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.5 milyard dollar olub.
Bunun 74.9%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub(məkik idxal üçün vəsaitlər istisna olmaqla)", - məlumatda qeyd edilib.




