Son dəqiqə

AMB

Ötən il Azərbaycanın təkrar gəlirlər üzrə xarici əməliyyatları 2.1 milyard dollar olub

Bakı. TurkicWorld:

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2.1 milyard dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 1.4 milyard dollar, ödənişlər isə 0.7 milyard dollar təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, təkrar gəlirlər üzrə ümumi daxilolmaların 83.5%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 11.1%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 5.4%-ni isə digər daxilolmalar təşkil edir.

"Ölkəyə göndərilən pul baratlarının həcmi 8.7% artaraq 1.2 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 4.1% azalaraq 0.5 milyard dollar olub. Nəticədə pul baratları üzrə 0.7 milyard dollar (20.8% artım) müsbət saldo yaranıb", - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər