Bakı. TurkicWorld:
Bu il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,657 milyard ABŞ dolları təşkil edib.
TurkicWorld bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, bu ilin martın 1-i ilə müqayisədə 42,7 milyon ABŞ dolları və ya 0,4% çoxdur.
Eyni zamanda AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 630,3 milyon ABŞ dolları və ya 5,7% artıb.




