Son dəqiqə

AMB

Ötən il tədiyyə balansında 1 milyard dollardan çox kəsir olub

Bakı. TurkicWorld:

2025-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1,4 milyard ABŞ dolları təşkil edib.

TurkicWorld xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O xatırladıb ki, 2024-cü ildə tədiyyə balansında 0,4 milyard dolları ABŞ dolları kəsir olub.

"Söhbət il ərzində reallaşmış ehtiyat aktivlərimizin azalmasından gedir. Bu göstərici hesablanan zaman Tədiyyə Balansı üzrə Rəhbərliyin 6-cı nəşri qaydalarına və manualına uyğun olaraq yenidənqiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır", - deyə AMB rəsmisi qeyd edib.

Mövzuya görə xəbərlər