Son dəqiqə

Dövlət Vergi Xidməti

Kommersiya qurumlarının sayı 6,9 faiz artıb

Bakı. TurkicWorld

2026-cı ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.690.311 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,7 faiz, hüquqi şəxslərin sayı 6,3 faiz artıb.TurkicWorld xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin İdarə rəisinin müavini Günel Bəhramqızı məlumat verib.

Mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206.250 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz çoxdur.

2026-cı ilin fevral ayında 1.163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,1 faizi yerli investisiyalı, 8,9 faizi isə xarici investisiyalıdır. Kommersiya qurumlarının 88 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,4 faiz təşkil edib.

2026-cı ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mart ayının 1-nə aktiv kommersiya qurumlarının sayı 7,4 faiz artıb.

Mövzuya görə xəbərlər