Son dəqiqə

Fransa Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin Fransaya polad ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Fransaya polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 36 milyon 299 min 43 dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Fransaya polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz azalaraq, 14 milyon 173 min 50 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 2 milyard 274 milyon 862 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 330 milyon 873 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər