BAKI, TurkicWorld
Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının sənaye sektoru üzrə biznes kredit portfeli 2,780 milyard manat təşkil edib.
TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 103,2 milyon manat və ya 3,8%, ötən ilin eyni dövrünə nisbətən isə 69,2 milyon manat 2,5% artıb.
Belə ki, sənaye sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin dekabrın 1-nə 2,677 miyard manat, ötən ilin yanvarın 1-nə isə 2,711 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfeli 1,3% və ya 377,5 milyon manat artaraq 30,063 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,6% (16,106 milyard manat), istehlak kreditlәri 31,1% (9,354 milyard manat) vә ipoteka kreditlәri 15,3% (4,602 milyard manat) təşkil edib.







