Türkiyə Almaniyaya dəri məhsulları ixracını artırıb

Türkiyə Almaniyaya dəri məhsulları ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Almaniyaya dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz artıraraq 110,4 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Almaniyaya dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 42,2 faiz artıraraq 12,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz artaraq 190,95 milyon dollara bərabər olub.

Bu ilin yanvar-avqust ayında Türkiyə 1,3 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-avqust ayları ilə müqyisədə 21,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021-avqust 2022) Türkiyə 1,96 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.