...

Yanvar-avqust aylarında Türkiyədən İrana sement ixracı 30 faizə qədər artıb

İqtisadiyyat Digər xəbərlər 8 Sentyabr 2022 13:45
TurkicWorld Daspina Hasanova
Yanvar-avqust aylarında Türkiyədən İrana sement ixracı 30 faizə qədər artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında İrana sement və şüşə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 faiz artıraraq 13,8 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə İrana sement və şüşə ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 25,3 faiz artıraraq 1,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 3,7 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 475,3 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 13,1 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 5,3 milyard dollar məbləğində sement və şüşə ixrac edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti