Son dəqiqə

Azərbaycan ABŞ Bakı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Vaşinqton ikitərəfli əməkdaşlıq ikitərəfli əlaqələr

Azərbaycan və ABŞ arasında data mərkəzlərinin tikintisi üzrə əməkdaşlıq müzakirə olunub

BAKI,TurkicWorld

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə TurkicWorld-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. Nazirliklə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər