Son dəqiqə

Səudi Ərəbistan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Səudiyyəyə xalça ixracı 263 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Səudiyyəyə xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq, 263 milyon 364 min 5 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Səudiyyəyə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artaraq, 22 milyon 258 min 16 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 250 milyon 886 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 3,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 2 milyard 800 milyon 843 min dollar məbləğində xalça ixrac edib.

Mövzuya görə xəbərlər