Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi kimyəvi maddə Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyənin kimyəvi maddə ixracı 26 milyard dolları keçib (ÖZƏL)

BAKI,TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq, 26 milyard 958 milyon 84 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə 2 milyard 645 milyon 208 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2024-oktyabr 2025) Türkiyə 32 milyard 132 milyon 994 min dollar məbləğində kimyəvi maddə ixrac edib.

Mövzuya görə xəbərlər