Son dəqiqə

Azərbaycan Türkiyə İxracatçılar Məclisi polad Türkiyənin ixracatı Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Azərbaycana polad ixracı kəskin artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq, 19 milyon 51 min 81 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Azərbaycana polad ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz artaraq, 10 milyon 860 min 86 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 1 milyard 192 milyon 569 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalaraq, 2 milyard 274 milyon 862 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 330 milyon 873 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər